Vinisius Junior "Real"dakı gələcəyi ilə bağlı qərarını verib.
Bizim.Media xəbər verir ki, braziliyalı vinger Madrid klubu ilə müqaviləsinin müddətini uzatmayacaq. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Vinisius artıq qərarını klub prezidenti Florentino Peresə bəildirib. 25 yaşlı ön xətt oyunçusu baş məşqçi Xabi Alonso ilə problem yaşadığı üçün komandada qalmaq istəmir.
Qeyd edək ki, Vinisius Junior bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliya millisinin üzvünün "kral klubu" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulubş.
Rəşad Rafiqoğlu, Bizim.Media

































































































