“Mançester Yunayted” klubu braziliyalı yarımmüdafiəçi Kazemironu heyətində saxlamaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, “qırmızı şeytanlar” futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırır.
Təklifə əsasən, oyunçunun illik maaşı 22 milyon avrodan 7-9 milyon avroya endirilə bilər.
33 yaşlı yarımmüdafiəçi bu şərtləri qəbul edərsə, sözləşməsi 2027-ci ilə qədər uzadılacaq. Əks təqdirdə, onun qış transfer pəncərəsində komandanı tərk edəcəyi istisna olunmur.
Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 10 oyuna çıxan Kazemiro 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media


































































































