Konte “Qarabağ” üzərindəki qələbəni Maradonaya həsr etmək İSTƏYİR

Konte “Qarabağ” üzərindəki qələbəni Maradonaya həsr etmək İSTƏYİR

Hazırda oxunan: Konte “Qarabağ” üzərindəki qələbəni Maradonaya həsr etmək İSTƏYİR

582139

"Napoli" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Bizim.Media xəbər verir ki, İtaliya çempionunun baş məşqçisi Antonio Konte matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 

56 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinə qarşı diqqətli olmağın vacibliyini bildirib:

“Biz qarşılaşmaya lazımi enerji ilə gəlirik. Çünki şənbə günü "Atalanta" ilə oyunda qələbə qazandıq. Qiymətləndirmələr apardıqdan sonra heyətlə bağlı qərar verəcəm. Nəzarət edə bildiyim dəyərləndirmələr var. Bir də nəzarət edə bilmədiklərim, məsələn, zədələr. Amma döyüşməyə hazırıq. 
 

Sabah Maradonanın vəfatının ildönümüdür. Onun Neapol üçün nə ifadə etdiyini hamımız bilirik. Qələbəni ona həsr etmək gözəl olardı. “Qarabağ”ın 7 xalı var. Onlar “Çelsi”ni də məğlub etmək üzrə idilər. Komandada keyfiyyətli çoxlu legionerlər var. "Qarabağ"a qarşı diqqətli olmalıyıq. Hər bir baxımdan böyük oyun sərgiləmək lazım olacaq”.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO