“İstefa verməmişəm, hazırda “Neftçi”nin baş məşqçisiyəm”.
Bizim.Media xəbər verir ki, bunu “qafqazinfo.az”a açıqlamasında “Neftçi”nin baş məşqçisi postundan ayrıldığı barədə xəbərlər yayılan Samir Abasov deyib.
Çalışdırıcı Bakı klubundan istefa vermədiyini bildirib:
“Rəhbərlik də məni istefaya göndərməyib. Hər halda belə bir şey olsa, klub rəsmi açıqlama verər. Hazırda komandamın başındayam”.
S.Abasov komandasının “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra rəhbərliklə görüşmədiyini də sözlərinə əlavə edib:
“Heç bir görüşümüz olmayıb. Ümumiyyətlə, komanda barədə danışmamışıq”.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:03 / 24.11.2025
“İstefa verməmişəm” - Samir Abasov
Hazırda oxunan: “İstefa verməmişəm” - Samir Abasov
Hazırda oxunan: “İstefa verməmişəm” - Samir Abasov
582135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































