“Karvan Yevlax”ın yeni baş məşqçisi Füzuli Məmmədov OLACAQ?

“Karvan Yevlax”ın yeni baş məşqçisi Füzuli Məmmədov OLACAQ?

Hazırda oxunan: “Karvan Yevlax”ın yeni baş məşqçisi Füzuli Məmmədov OLACAQ?

582126

“Karvan-Yevlax”ın yeni baş məşqçisinin kim olacağı bəllidir. 

Bizim.Media-nın əldə etidyi məlumata görə, bölgə təmsilçisini Füzuli Məmmədov çalışdıracaq.
 

Qeyd edək ki, yevlaxlılar dünən istefaya göndərilən Azər Həşimovun gedişini hələ rəsmən açıqlamayıb. Amma onun əvəzinə Məmmədovun gələcəyi gözlənilir. Tərəflər danışıqları yekunlaşdırıb və bütün məsələlərdə razılaşıblar.


Füzuli Məmmədov mövsümün qalan hissəsində komandanı Premyer Liqada saxlamağa çalışacaq. Son pilləyə enən “Karvan-Yevlax”ın qış fasiləsində heyətini gücləndirəcəyi gözlənilir. Məsələ ilə bağlı həm Füzuli Məmmədovla, həm də “Karvan-Yevlax”ın mətbuat katibi Bəhruz Musayevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Amma burada maraqlı bir məqam var. 

Bir neçə gün öncə Füzuli Məmmədov bir komanda ilə danışıqlar apardığını və yaxın günlərdə yenilik olacağını bildirmişdi. Görünür, həmin komanda elə “Karvan-Yevlax” imiş. 

Xatırladaq ki, vaxtilə qısa müddət “Neftçi”nin də baş məşqçisi olan Məmmədov U-15 və U-16 yığmalarında çalışıb. Onun son iş yeri ötən mövsüm I Liqada saxlamağı bacardığıl “Mingəçevir” olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO