“Napoli”nin beş futbolçusu “Qarabağ”la oyunu buraxacaq

“Napoli”nin beş futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Hazırda oxunan: “Napoli”nin beş futbolçusu “Qarabağ”la oyunu buraxacaq

582072

İtaliyanın “Napoli” klubunun daha iki futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyunu buraxacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte məlumat verib.
 

O, Billi Gilmor və Leonardo Spinazzolanın zədədən tam olaraq sağalmadıqlarını və yaşıl meydanlara nə vaxt qayıdacaqlarının məlum olmadığını deyib. Həmçinin mütəxəssis A Seriyasının son turunun “Atalanta” ilə oyununda (3:1) əvəzlənən Rasmus Heylund və Amir Rahmani ilə bağlı hansısa problemin olmadığını, onların sadəcə yorğunluğa görə meydanı erkən tərk etdiklərini söyləyib. Hər iki futbolçu komanda ilə məşqləri davam etdirir.


Andre-Zambo Anqissa, Kevin De Bruyne və Romelu Lukakunun Ağdam klubu ilə matçda iştirak etməyəcəkləri daha öncədən bəlli idi.

Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO