Lionel Messi bu göstəriciyə görə 1-ci oldu

Lionel Messi bu göstəriciyə görə 1-ci oldu

Hazırda oxunan: Lionel Messi bu göstəriciyə görə 1-ci oldu

582061

Lionel Messi karyerası ərzində qol+məhsuldar ötürmə sayına görə futbolçular arasında birinci olub.

Bizim.Media xəbər veir ki, MLS-in ("Major League Soccer" - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) pley-off mərhələsinin dördüncü final matçında "Sinsinati"yə qarşı (4:0) qələbədə bir qol və üç məhsuldar ötürmə ilə yadda qalan ulduz futbolçu karyerasındakı qol+məhsuldar ötürmələrin sayını 1 300-ə çatdırıb.

O, karyerası ərzində 1 135 oyunda 896 qol və 404 məhsuldar ötürmə ilə unikal nəticə göstərib.

Messi qol+məhsuldar ötürmə üzrə "Barselona" klubunda 941 dəfə, "İnter Mayami"də 117 dəfə, PSJ klubunda 66 dəfə, Argentina millisində isə 176 dəfə fərqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO