Qadın şahmatçılarımızdan tarixi nəticə! - FOTO

Qadın şahmatçılarımızdan tarixi nəticə! - FOTO

Hazırda oxunan: Qadın şahmatçılarımızdan tarixi nəticə! - FOTO

582006

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında ikinci olub.

Bizim.Media xəbər verir ki, milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gəlib.
 

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət milli ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzub.


Qeyd edək ki, komandanın kapitanı İlahə Qədimova olub.

Əlavə edək ki, indiyədək kişi və qadın şahmat komandalarımız dünya çempionatında medal qazanmayıb. Bu, tarixi nəticədir.























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO