Xəbər verdiyimiz kimi, “Napoli" İtaliya A Seriyasının XII turunda "Atalanta"nı 3:1 hesabı ilə məğlub edib.
Bizim.Media xəbər verir ki, görüşdən sonra Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte "Qarabağ"la oyun barədə də fikirlərini bildirib:
"Qarabağ" bu mövsüm Çempionlar Liqasının sürpriz komandasıdır. Özümüzü bərpa edib, yeni qarşılaşmaya yaxşı hazırlaşmalıyıq".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 25-dən 26-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. (Offsideplus.az)
Bizim.Media





























































































