“Barselona”dan doğma meydanda DARMADAĞIN

“Barselona”dan doğma meydanda DARMADAĞIN

Hazırda oxunan: “Barselona”dan doğma meydanda DARMADAĞIN

581912

İspaniya La Liqasının 13-cü turunda “Barselona” doğma meydanda "Atletik Bilbao"nu qəbul edib.

Bizim.Media xəbər verir ki, “Kamp Nou” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 4-cü dəqiqədə Robert Levandovski açıb. İlk hissənin əlavə vaxtında və 90-cı dəqiqədə fərqlənən Ferran Torres dubl edib. Komandanın digər qolunu isə 48-ci dəqiqədə Fermin Lopez vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran “Barselona” lider “Real”a çatıb. 17 xalı olan Bilbao təmsilçisi isə 8-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO