Transfer çalışmalarını davam etdirən “Qalatasaray” heyətinə daha bir legioneri cəlb etməyi planlaşdırır.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Frank Kessyeni transfer etmək istəyir.
Artıq Fil dişi Sahilindən olan futbolçunun meneceri ilə danışıqlar aparılır.
Onu razı salmaq mümkün olarsa, yayda 28 yaşlı futbolçu “Qalatasaray”la 2+1 illik müqavilə imzalayacaq.
“Stella Klub”(Fil dişi Sahili)“Atalanta”, “Çezena”, “Milan”(hamısı İtaliya), “Barselona”(İspaniya) klublarında oynamış afrikalı 2023-cü ildə “Əl-Əhli” ilə 3 illik müqavilə imzalamışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:40 / 22.11.2025
“Qalatasaray” ərəb klubunun futbolçusunu İSTƏYİR
Hazırda oxunan: “Qalatasaray” ərəb klubunun futbolçusunu İSTƏYİR
Hazırda oxunan: “Qalatasaray” ərəb klubunun futbolçusunu İSTƏYİR
581903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































