UEFA "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən "Ayntraxt"ı (Frankfurt, Almaniya) cərimələyib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Almaniya təmsilçisinin cəzalandırılmasına səbəb klubun və azarkeşlərinin "Liverpul"la matçda qayda pozuntularına yol verməsi olub.
"Ayntraxt" ictimai keçidlərin bağlanmasına görə 11000 avro ödəyəcək. Həmçinin klub pirotexniki vasitələrdən istifadəyə görə 10750 avro, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro cərimələnib.
Qeyd edək ki, "Qarabağ"la "Ayntraxt" arasında matç 21 yanvar 2026-cı ildə Bakıda keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:05 / 22.11.2025
UEFA "Ayntraxt"ı CƏRİMƏLƏDİ
Hazırda oxunan: UEFA "Ayntraxt"ı CƏRİMƏLƏDİ
Hazırda oxunan: UEFA "Ayntraxt"ı CƏRİMƏLƏDİ
581898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































