"Turan Tovuz"un baş məşqçisi Kurban Berdlyev "Araz-Naxçıvan"la (1:1) heç-heçə etdikləri Misli Premyer Liqasının 12-ci turunun oyununu şərh edib.
Bizim.Media xəbər verir ki, o, qarşılaşmadan sonra mətbuat konfransında deyib ki, iki fərqli hissə izləyiblər:
“Birinci hissədə yaxşı oynamadıq. İkinci hissədə nisbətən daha yaxşı təsir bağışladıq. Təəssüflər olsun ki, qələbə qazana bilmədik”.
O, “Hakimlikdən razı qaldınızmı?” sualına belə cavab verib: “Tək mənə yox, digər məşqçilərə də hakimliklə bağlı suallar verirsiniz. Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?”
K.Berdıyev hazırda turnir cədvəlinə fikir vermədiklərini deyib: “Oyundan-oyuna köklənirik”.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:47 / 23.11.2025
“Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?”
Hazırda oxunan: “Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?”
Hazırda oxunan: “Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?”
581887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































