"Fənərbağça" "Barselona"nın hücumçusu Robert Levandovskini transfer etmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul nəhəngi polşalı futbolçu ilə danışıqlara başlayıb. Super Liqa təmsilçisi Levandovskini yanvar ayında heyətinə qatmağı planlaşdırır.
"Fənərbağça" 37 yaşlı forvarda 1,5 illik müqavilə təklif edib. Təcrübəli oyunçunun tələbi isə 2,5 illik sözləşmədir.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 12 rəsmi matçda 7 qol vurub. Onun İspaniya klubu ilə müqavilə gələn ilin yayında başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
18:45 / 22.11.2025
“Fənərbağça” məşhur hücumçu ilə danışıqlara BAŞLADI
Hazırda oxunan: “Fənərbağça” məşhur hücumçu ilə danışıqlara BAŞLADI
Hazırda oxunan: “Fənərbağça” məşhur hücumçu ilə danışıqlara BAŞLADI
581872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































