Hacı Əliyev: “İstəməzdim ki, güləşimizə legionerlər cəlb olunsun”

Hacı Əliyev: “İstəməzdim ki, güləşimizə legionerlər cəlb olunsun”

Hazırda oxunan: Hacı Əliyev: “İstəməzdim ki, güləşimizə legionerlər cəlb olunsun”

581740

“İndiyə qədər gətirdiyimiz legionerlər bir yana, onlar artıq bizim idmançımıza çevrilib. Ancaq bundan sonra mən istəməzdim ki, güləşimizə legionerlər cəlb olunsun”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında 3 qat dünya çempionumuz, məşhur güləşçisi Hacı Əliyev deyib. 

Onun sözlərinə görə əgər uğur qazanmağa imkan var varsa, bunu Azərbaycan idmançıları etsə daha yaxşı olar:

“Bu gün, ümumilikdə, 10 çəki dərəcəsi, olimpiadada 6 çəki dərəcəsi var. Əgər bu çəkilərindən 1-də və 2-də uğur qazanmaq imkanımız varsa, qoy bunu azərbaycanlılar etsin. Hansısa legioner idmançı medal qazanırsa, bu cəmiyyətdə o qədər də ciddi qəbul olunmur. Ancaq azərbaycanlı idmançılar qalib gələndə həmişə böyük rezonans doğurur. Həmin idmançı qəhrəmana çevrilir. 

Bu bütün dövlətlərdə belədir. 

Bir zamanlar düzdür, bizə Xetaq Qazyumov, Şərif Şərifov kimi legionerlər gəlirdi. Ancaq indi artıq öz idmançılarımızın potensialı var. Bu gün Azərbaycan idmanının Eldəniz Əzizlisi, Rafiq Hüseynovu var. Mən hələ başqalarını demirəm. Qoy digərləri də belə idmançlara baxıb inkişaf etsinlər, daha legionerlərə ehtiyac qalmasın”.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO