Bu gün Misli Premyer Liqasında 12-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyunda “Karvan-Yevlax” “Kəpəz”lə qarşılaşıb.
Autsayderlərin görüşü Yevlaxda baş tutub. Bu, “Karvan-Yevlax”ın cari mövsümdə öz meydanındakı ilk oyunu olub. Üç qolluq oyunda Gəncə təmsilçisi qələbə qazanıb.
Digər oyunda isə “Sumqayıt”la “Qarabağ” üz-üzə gələcək. Ağdam təmsilçisi növbəti qələbəsini qazanmaqla liderliyini qorumağa çalışacaq.
“Araz-Naxçıvan” – “Turan Tovuz” və “Zirə” – “Qəbələ” oyunları sabah, “Sabah” – “Şamaxı” və “Neftçi” – “İmişli” görüşləri isə 23 noyabrda keçiriləcək.
Bizim.Media























































































