Nəriman “Qarabağ”ı tərk etmək İSTƏYİR

Nəriman “Qarabağ”ı tərk etmək İSTƏYİR

Hazırda oxunan: Nəriman “Qarabağ”ı tərk etmək İSTƏYİR

581641

"Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə Avropanın bir neçə klubundan ciddi təkliflər var. Nəriman özü də legioner həyatı yaşamağa can atır. 

Bizim.Media xəbər verir ki, gənc forvard bu barədə istəyini baş məşqçi Qurban Qurbanov bildirib.
 

Təcrübəli mütəxəssis hazırda komandasında ona ehtiyac olduğunu Nərimanın diqqətinə çatdırıb.


Amma uyğun şərtlərdə ayrılığa şərait yaradılacaq. Qısası, milli komandamızın üzvünün ölkəni tərk etmək ehtimalı yüksəkdir.

Qeyd edək ki, 21 yaşlı futbolçu "Xəzər Lənkəran"da futbola başlayıb. 15 yaşından isə Ağdam klubunun akademiyasındadır. O, əsas komandada keçirdiyi 117 oyunda 31 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO