Premyer Liqada çıxış edə bilmədiyi üçün klubdan ayrılmağı PLANLAŞDIRIR

Premyer Liqada çıxış edə bilmədiyi üçün klubdan ayrılmağı PLANLAŞDIRIR

Hazırda oxunan: Premyer Liqada çıxış edə bilmədiyi üçün klubdan ayrılmağı PLANLAŞDIRIR

581596

“Mançester Siti”nin müdafiəçisi Natan Ake qış transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, 30 yaşlı futbolçu baş məşqçi Xosep Qvardiola ilə münasibətlərinin yaxşı olmasına baxmayaraq az oyun şansı qazandığı üçün bu addımı atmağı planlaşdırır.
 

Premyer Liqada cəmi bir dəfə start heyətdə yer alan niderlandlı müdafiəçi DÇ-2026-da iştirak şansını itirməkdən narahatdır. Futbolçu ilə “Everton” və “Kristal Palas” klublarının maraqlandığı bildirilir.


Qeyd edək ki, 2020-ci ildən “şəhərlilər”in şərəfini qoruyan Ake bu müddət ərzində komanda ilə 4 dəfə İngiltərə çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO