Baş məşqçi Ülvi Babayevin oyun performansından DANIŞDI

Baş məşqçi Ülvi Babayevin oyun performansından DANIŞDI

Hazırda oxunan: Baş məşqçi Ülvi Babayevin oyun performansından DANIŞDI

581584

Rusiyanın gənclər millisinin baş məşqçisi İvan Şabarov komandanın yarımmüdafiəçisi Ülvi Babayevin noyabr toplanışındakı oyununu yüksək qiymətləndirib.

Bizim.Media xəbər verir ki, mütəxəssis futbolçunun oyun keyfiyyətində ciddi irəliləyiş əldə etdiyini qeyd edib.

O, Babayevin milliyə can yandırdığını, tam gücünü ortaya qoyduğunu və bu xüsusiyyəti ilə digər oyunçulara nümunə olduğunu vurğulayıb:
 

“Ülvi Babayevi yeniyetmələr yığmasından yaxşı tanıyırıq. Komandada olmadığı dövrdə çox inkişaf edib. Bunu yığmaya da yansıdır. O, buraya sadəcə çağırış xatirinə gəlməyib, tam hazırlıqlı və motivasiyalı şəkildə qoşulub”.


Qeyd edək ki, hazırda “Dinamo”nun heyətində yer alan 21 yaşlı futbolçu cari mövsümdə 12 oyuna çıxıb və 5 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO