AFFA altı kluba texniki MƏĞLUBİYYƏT VERDİ

AFFA altı kluba texniki MƏĞLUBİYYƏT VERDİ

Hazırda oxunan: AFFA altı kluba texniki MƏĞLUBİYYƏT VERDİ

581541

AFFA-nın aşağı yaş qruplarından ibarət çempionatlarında iştirak edən beş komanda, həmçinin Region Liqasının bir təmsilçisi texniki məğlubiyyətlə cəzalandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-14 Qızlar Liqasında “Atiq”, “Lokomotiv” və “Dirçəliş” komandaları heyətlərində yetərsay olmaması səbəbindən oyunlara çıxmadıqları üçün texniki məğlubiyyətlə cəzalandırılıblar.

U-16 Qızlar Liqasında isə “Turan Tovuz” klubu “Təhsil” 8 İOEUGİM-la görüşü həkim briqadası ilə təmin etmədiyinə görə eyni şəkildə cəzalanıb.

AFFA Region Liqasında keçirilən “Capital Baku” - “City Baku” matçının 75-ci dəqiqəsində kütləvi qarşıdurma zamanı təhlükəsizlik təmin edilmədiyinə görə oyun dayandırıldığı üçün “Capital Baku”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasında İCBFA klubu “Quba” ilə matçda təyin edilən vaxtda meydanda olmadığına görə oyun baş tutmadığı üçün texniki məğlubiyyətlə cəzalandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO