Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün dörd növdə mübarizə aparacaqlar.
Bizim.Media xəbər verir ki, atletlərdən Nazim Babayev uzunluğa tullanmada, Lamiyə Vəliyeva 200, qarışıq komanda isə 4x400 metr məsafəyə qaçışda çıxış edəcək.
Ciu-citsuda İlyas Babayev (85 kq), Nəcməddin Quluzadə (69 kq) və Firdovsi Zamanov (94 kq) uğur qazanmağa çalışacaqlar.
Qılıncoynatmada kişilərdən və qadınlardan ibarət komandalar həm şpaqa, həm də sablya növündə yarışacaqlar.
Sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), qadın güləşçilərdən Ruzanna Məmmədova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Zəhra Kərimzadə (76 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 50 mükafatla (7 qızıl, 16 gümüş, 27 bürünc) 10-cu pillədə qərarlaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:25 / 20.11.2025
İdmançılarımız bu gün İslamiadada 4 növdə çıxış edəcəklər
Hazırda oxunan: İdmançılarımız bu gün İslamiadada 4 növdə çıxış edəcəklər
Hazırda oxunan: İdmançılarımız bu gün İslamiadada 4 növdə çıxış edəcəklər
581462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































