Hasan Şaş Azərbaycan klubu ilə danışıq aparır

Hasan Şaş Azərbaycan klubu ilə danışıq aparır

Hazırda oxunan: Hasan Şaş Azərbaycan klubu ilə danışıq aparır

581412

Türkiyə millisi və "Qalatasaray"ın canlı əfsanəsi Hasan Şaş məşqçi karyerasını Azərbaycanda bərpa edə bilər.

Bizim.Media xəbər verir ki, 49 yaşlı mütəxəssis hazırda ölkəmizdə bir klubla danışıqlar aparır.
 

Həmin komanda hazırda aşağı liqada mübarizə aparır, amma iddialıdır və hədəfi ən yaxın tarixdə Premyer Liqaya vəsiqə qazanmaqdır.


Vaxtilə "Qalatasaray"da Fatih Terimin köməkçisi işləmiş keçmiş yarımmüdafiəçi artıq sərbəst çalışmaq niyyətindədir.

Tərəflər arasında ilkin görüşmələr artıq arxada qalıb, anlaşma barədə danışmaq hələ tezdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO