Kamal Quliyev: “Bu futbolçuların çoxu “Neftçi”dən getməlidir”

Kamal Quliyev: “Bu futbolçuların çoxu “Neftçi”dən getməlidir”

Hazırda oxunan: Kamal Quliyev: “Bu futbolçuların çoxu “Neftçi”dən getməlidir”

581311

“Neftçi”də oynamış biri kimi bu komandanın indi oyununa baxanda adamın ürəyi ağrayır.

Axı bu komanda belə olmayıb. Həmişə çempionluq uğrunda sona qədər mübarizə aparıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında veteran futbolçu Kamal Quliyev deyib.

Onun sözlərinə görə “Neftçi”nin belə vəziyyətə düşməsində klubun transfer siyasətinin də böyük önəmi var:

“İstər “Neftçi”də oynadığımız dövrlərdə, istər işlədiyimiz dövrlərdə qazandığımız uğurlar indi xərclənib gedir.

“Neftçi”nin uğurusuzluqlarının əsas səbəbi oyun keyfiyyətinin olmamasıdır. Yəni alınan legionerlərin keyfiyyəti yoxdur.
 

Ona görə də bu futbolçuların çoxu komandadan getməlidir. “Neftçi”yə adına layiq futbolçular gəlməlidir. Çünki bu komandanın tarixi var və bu tarix Azərbaycan futbolunun tarixi ilə bağlıdır.


Əgər keyfiyyətli transfer siyasəti aparılsa, “Neftçi” həmişə olduğu kimi Azərbaycan futbolunun zirvələrində olar”.

Qeyd edək ki, Kamal Quliyev 1997-2002-ci illərdə “Neftçi”nin şərəfini qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO