Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər BƏLLİ OLDU

Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər BƏLLİ OLDU

Hazırda oxunan: Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər BƏLLİ OLDU

581072

"Real"ın gənc hücumçusu Endrikin icarə əsasında Fransanın "Lion" klubunda çıxış edəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, adıçəkilən klublar arasında Endrikin icarəsi ilə bağlı aparılan danışıqlar əsasında yeni şərtlər müəyyənləşib.

“The Athletic”in məlumatına görə, Madrid klubu gənc hücumçunun 2026-cı ilin iyununa qədər Fransaya icarəyə göndərilməsinə razılıq verib və müqavilədə transfer seçimi nəzərdə tutulmayıb.

Bildirirlir ki, klublar arasındakı razılaşmaya həm maliyyə öhdəlikləri, həm də futbolçunun oyun vaxtı ilə bağlı xüsusi maddələr daxil ediləcək. Madrid klubu Endrikin maaşının bir hissəsini öz üzərinə götürəcək.
 

Bundan başqa, müqaviləyə “Lion” üçün cərimə maddəsinin daxil edilməsi nəzərdə tutulub. Fransa klubu gənc hücumçunun müəyyən olunmuş sayda start heyətində oynamaması halında “Real”a kompensasiya ödəməli olacaq. Bu maddə Endrikin kifayət qədər oyun təcrübəsi qazanmasını təmin etmək məqsədi daşıyır.


Qeyd edək ki, Endrik cari mövsümdə “Real”ın heyətində cəmi bir oyun keçirib. O, “Valensiya” ilə matçın (4:0) 79-cu dəqiqəsində meydana daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO