Ayxan Abbasov: “Deyirdilər ki, Fransa ilə oyuna getməsək, yaxşıdır”

Ayxan Abbasov: “Deyirdilər ki, Fransa ilə oyuna getməsək, yaxşıdır”

Hazırda oxunan: Ayxan Abbasov: “Deyirdilər ki, Fransa ilə oyuna getməsək, yaxşıdır”

580962

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransı keçirib. O, Fransa ilə keçirilən qarşılaşmada komandanın ortaya qoyduğu mübarizəni yüksək qiymətləndirib.

Bizim.Media verir ki, baş məşqçi qrupun çətinliyini əvvəlcədən bildiklərini deyərək, futbolçuların bu oyundakı çıxışının inam yaratdığını vurğulayıb.

Mütəxəssis bildirib ki, Fransa kimi güclü rəqibin qrupda olması cəmiyyətdə böyük rezonans doğurmuşdu:

“Püşkatmadan sonra Fransanın bizim qrupda olması tez-tez “faciə” kimi adlandırılırdı. Hətta, “oyuna getməsək yaxşıdır”, - deyənlər də vardı. İnamsızlıq hiss olunurdu”.

Abbasov komandanın bu matçla vacib mesaj verdiyini qeyd edib:

“Bu oyunla bizim futbolçulara inam verdilər. Gələcək üçün ilham verdilər ki, hər kəslə mübarizə aparmaq olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO