"Mançester Yunayted" klubun əsas yarımmüdafiəçilərindən olan Kazemironun müqaviləsini yeniləməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, məlumata görə, "qırmızı şeytanlar" braziliyalı futbolçuya əvvəlki kimi cəlbedici şərtlər təklif etməyi planlaşdırmır.
Bu istiqamətdə 33 yaşlı Kazemiro isə klubun təklifi ilə razılaşmayaraq komandadan ayrıla bilər. Belə olarsa, İngiltərə təmsilçisi onu əvəzləmək üçün "Real"ın yarımmüdafiəçisi Aurelien Çuamenini transfer etməyi nəzərdən keçirir. Ancaq bu fonda Madrid klubunun Çuameniyə dair hər hansısa transfer təklifini nəzərdən keçirmək niyyətində olmadığı bildirilir.
Qeyd edək ki, fransalı futbolçu "Real"da ötən mövsümlə müqayisədə daha yaddaqalan oyun performansı sərgiləyib. 25 yaşlı futbolçu cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə 15 oyunda çıxış edib. Onun "Real" ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:43 / 16.11.2025
Kazemiro "Mançester Yunayted"i tərk edə bilər
Hazırda oxunan: Kazemiro "Mançester Yunayted"i tərk edə bilər
Hazırda oxunan: Kazemiro "Mançester Yunayted"i tərk edə bilər
580778
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































