"Qalatasaray" mövsümün sonunda klubla müqaviləsi başa çatan Mauro İkardi ilə bağlı qərarını verib.
Bizim.Media xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Türkiyə çempionu kapitanı komandada saxlamaq istəyir.
İstanbul nəhəngi argentinalı hücumçunun sözləşməsinin müddətini uzatmaağı planlaşdırır. Klub yaxın vaxtlarda 33 yaşlı forvardla yeni müqavilə barədə danışıqlara başlayacaq.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir.
Ulduz futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 6 qol vurub.
Bizim.Media






























































































