Deşam Azərbaycanla oyundan əvvəl DƏYİŞİKLİK EDƏCƏK

Deşam Azərbaycanla oyundan əvvəl DƏYİŞİKLİK EDƏCƏK

Hazırda oxunan: Deşam Azərbaycanla oyundan əvvəl DƏYİŞİKLİK EDƏCƏK

580591

Fransa milli komandasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunun 6-cı turunda Bakıda Azərbaycana qarşı keçiriləcək oyun barədə danışıb.

Bizim.Media Fransa Futbol Federasiyasına istinadən xəbər verir ki, təcrbəli mütəxəssis 2 gündən sonra baş tutacaq görüş haqda bunları deyib:
 

“Qarşımızda üç saatlıq vaxt fərqi ilə uzun səyahət var. Ukrayna ilə oyundan cəmi 2 gün sonra bunu reallaşdıracağıq. Çox güman ki, heyətdə bəzi dəyişikliklər edəcəm. İtkilərimiz var, bəziləri bizimlə səfər görüşünə yollanmayacaq".


Deşam, əlavə edib ki, əzələ problemləri yaşayan Eduardo Kamavinqa və cəzalı Manu Kone Bakıya gəlməyəcəklər.

Azərbaycan-Fransa matçı 16 noyabrda Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO