Noyer karyerasını başa vurmaq istəyir

Noyer karyerasını başa vurmaq istəyir

Hazırda oxunan: Noyer karyerasını başa vurmaq istəyir

580455

Manuel Noyerin "Bavariya"dakı gələcəyi hələ ki məlum deyil.

Bizim.Media xəbər verir ki, Bundesliqa nəhəngi 39 yaşlı kapitanına yeni 1 illik müqavilə təklif etməyə hazırlaşır.

Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb. Noyerin hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatır.
 

Klub ayaq sınığından sonra bərpa olunan veteran qapıçının formasında tam razıdır. Lakin Noyer hələ son qərarını verməyib. Almaniya millisinin üzvü cari mövsümün sonunda peşəkar karyerasını başa vurmaq variantını ciddi şəkildə nəzərdən keçirir.


Qeyd edək ki, manuel Noyer 2011-ci ilin yayında "Bavariya"da çıxış edir. Təcrübəli "əlcək sahibi" bu mövsüm Münhen təmsilçisinin heyətində 19 rəsmi matçda meydana çıxa bilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO