Ceyhun Sultanov: “Bu gün tamamilə başqa bir yığma görəcəyik”

Ceyhun Sultanov: “Bu gün tamamilə başqa bir yığma görəcəyik”

Hazırda oxunan: Ceyhun Sultanov: “Bu gün tamamilə başqa bir yığma görəcəyik”

580334

“Millimizin az da olsa qələbə qazanmaq şansı var”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında futbol eksperti Ceyhun Sultanov deyib.

Onun sözlərinə görə, son vaxtlar yığmamızın oyununda müəyyən dönüş yaranıb:

“Son vaxtlar futbolçularımız müdafiədə daha yaxşı oynayır. Hücum potensialımız da pis deyil. Fikrimcə, bu gün qalib gəlmək üçün yaxşı şansımız var. Oyun İslandiyada olduğu kimi getməyəcək. Bu gün biz tamamilə başqa bir yığma görəcəyik.

Ayxan Abbasov kollektivi yaxşı qura bilib. Əsas üstünlüyümüz də azarkeşlər olacaq. Hesab edirəm ki, doğma meydan amilindən də istifadə edərək rəqibə çətin anlar yaşada bilərik. Son oyunlarımızı evdə oynayırıq. Fikrimcə layiqli oyun nümayiş etdirib yaxşı nəticə qazana bilərik. Milli komandaya uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan-İslandiya matçı bu gün saat 21-də başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO