Türkiyə futbolunda qanunsuz mərc: Yüzlərlə futbolçu dindiriləcək

Türkiyə futbolunda qanunsuz mərc: Yüzlərlə futbolçu dindiriləcək

Hazırda oxunan: Türkiyə futbolunda qanunsuz mərc: Yüzlərlə futbolçu dindiriləcək

579671

Türkiyə futbolunda qanunsuz mərc oyunları ilə bağlı aparılan təhqiqat çərçivəsində hakimlər və klub rəhbərlərindən sonra futbolçuların da ifadələri alınacaq.

Bizim.Media bu barədə "TGRT Haber" telekanalına istinadən xəbər verir.

Bildirilir ki, qarşıdakı həftə təqribən 600 futbolçu dindiriləcək.

Təhqiqat məlumatlarına görə, futbolçular, baş məşqçilər və klub rəhbərləri Albaniya, Bolqarıstan və Şimali Kipr kimi ölkələrdə qanunsuz mərc saytları vasitəsilə mərc oyunlarında iştirak ediblər.
 

Bu hal İnterpolun təhqiqata qoşulmasına gətirib çıxarıb. Təhqiqat futbol dünyasında önəmli simaları da əhatə edə bilər.


Xatırladaq ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun "371 hakimin mərc hesabı var, 152-si isə aktiv şəkildə mərc oynayır" şəklində verdiyi açıqlamadan sonra İstanbul Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO