“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

Hazırda oxunan: “Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

579641

Misli Premyer Liqasında “Zəfər turu” davam edir.

Bizim.Media xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb.

Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

Bu günə 11-ci turun daha iki matç nəzərdə tutulub.

Əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı sınağa çəkib. Naxçıvan klubu rəqibini Sumqayıtda qəbul edib. Qarşılaşma 2:1 hesabı ilə “Araz-Naxçıvan”ın xeyrinə yekunlaşıb.

Günün digər matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda paytaxt təmsilçisi 20 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz klubu isə 22 xalla çempionatın lideridir.

8 noyabr (şənbə)

18:44. “Zirə” - “Turan Tovuz” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Zirə İK stadionu
15:44. “Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1
Qol: Araz Abdullayev, 17 (1:0), Hamidu Keyta, 65 (1:1), Felipe Santos, 90+2-pen. (2:1)
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
9 noyabr (bazar)
15:44. “Kəpəz” - “Sabah”
18:44. “Qarabağ” - “Neftçi”
7 noyabr (cümə)
“Şamaxı” - “İmişli” - 1:0
“Qəbələ” - “Sumqayıt” - 0:2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO