Azərbaycan derbilərində hansı stadionlar daha çox ev sahibi olub?

Azərbaycan derbilərində hansı stadionlar daha çox ev sahibi olub?

Hazırda oxunan: Azərbaycan derbilərində hansı stadionlar daha çox ev sahibi olub?

579627

Azərbaycan derbilərinin keçirildiyi stadionlara dair statistika açıqlanıb.

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, ilk derbi Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.

Tofiq Bəhramov adına Respublika Stadionu daha çox – 30 derbini qəbul edib.

Ümumilikdə 14 arenada derbi keçirilib.

Tofiq Bəhramov adına Respublika Stadionu, 8-ci km (müxtəlif adlar altında) stadionu və “Liv Bona Dea Arena”da hər iki komanda ev sahibi olub.

“Neftçi” “Qarabağ”ı 4 stadionda qəbul edib.

“Neftçi”nin ev oyunları 8-ci km stadionunda daha çox – 23 dəfə keçirilib.

“Qarabağ” rəqibini 12 arenada qəbul edib.

“Qarabağ”ın ev oyunlarına Suraxanıdakı stadion (yenidənqurmadan əvvəl və sonra) daha çox ev sahibliyi edib – 18 dəfə.

Derbilər 5 müxtəlif şəhərdə keçirilib.

Neytral meydandakı iki oyunun biri Tofiq Bəhramov adına Respublika Stadionunda, biri ADBTİA stadionunda keçirilib.

2010/11 mövsümündə “Neftçi”nin 2, “Qarabağ”ın 1 ev derbisi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. 2014/15 mövsümündə isə hər komanda 1 dəfə rəqibini 8-ci km
stadionunda qəbul edib.

2020/21 mövsümündə 4 matçın hərəsi bir stadionda – 4 fərqli arenada baş tutub

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO