Çeferindən şikayətlərə CAVAB

Çeferindən şikayətlərə CAVAB

Hazırda oxunan: Çeferindən şikayətlərə CAVAB

579494

UEFA prezidenti Aleksander Çeferin komandaların sıx oyun qrafikindən danışıb.

Bizim.Media xəbər verir ki, o, klubların və millilərin buna uyğunlaşmalı olduğunu bildirib:

"Milli komandalar üçün beynəlxalq yarışlar olmasa, yalnız 3 həftəlik yay fasiləsi yaranacaq. Bəziləri bizdən beynəlxalq matçların sayını azaltmağı xahiş edir. Lakin İngiltərənin iki ölkə kuboku var və onlar heç birindən imtina etmək istəmirlər".

Onun sözlərinə görə, başqa klublar və assosiasiyalar da var ki, əksinə, gəlirləri artırmaq üçün matçların sayının artırılmasının tərəfdarıdırlar:

"Bəziləri daha çox gəlir əldə etmək üçün daha çox matçın keçirilməsini istəyir. Və biz "qızıl orta"nı tapmışıq. Hər iki tərəf üçün vasitəçilik etməliyik".

Qeyd edək ki, İngiltərə və İspaniyanın bir neçə nəhəng klubunun baş məşqçiləri tez-tez oyun qrafikinin sıxlığından şikayətlənirlər. Onların arasında Xosep Qvardiola ("Mançeser Siti") da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO