Haalandın bombardirlər arasında da rekordu var

Haalandın bombardirlər arasında da rekordu var

Hazırda oxunan: Haalandın bombardirlər arasında da rekordu var

579324

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasının bombardirləri siyahısında rekorda imza atıb.

Bizim.Media xəbər verir ki, Haaland Çempionlar Liqasının ilk 100 bombardiri arasında vurduğu qolların sayı keçirdiyi matçların sayını üstələyən yeganə futbolçudur.
 

25 yaşlı norveçli hücumçu turnirdə 52 matçda iştirak edib və 54 qol vurub. Hazırda o, Çempionlar Liqasının bütün zamanların bombardirləri siyahısında 9-cu yerdədir.


Ondan bir pillə yuxarıda isə 73 oyunda 56 qol vurmuş Ruud van Nistelroy qərarlaşıb.

Qeyd edək ki, cari mövsümdə Haaland 4 oyunda 5 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO