“Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərdi

“Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərdi

Hazırda oxunan: “Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərdi

579309

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayaks" baş məşqçi Con Heytinqa ilə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, Amsterdam təmsilçisi niderlandlı mütəxəssislə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Komanda ötən gün "Qalatasaray"a 0:3 hesabı ilə uduzub.
 

Con Heytinqa mövsümün əvvəlində paytaxt klubunun baş məşqçisi postuna təyin olunmuşdu.


Qeyd edək ki, "Qarabağ"ın "Ayaks"la oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO