“Milan”ın hücumçusu üçün il BAŞA ÇATDI

“Milan”ın hücumçusu üçün il BAŞA ÇATDI

Hazırda oxunan: “Milan”ın hücumçusu üçün il BAŞA ÇATDI

579103

İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, A Seriyası nəhənginin hücumçusu Santiaqo Simenes sıradan çıxıb. Bu barədə ESPN televiziyası məlumat yayıb.
 

Meksikalı forvard ayaq biləyindən zədə alıb. Ximenes 2025-ci ilin sonuna kimi komandaya kömək edə bilməyəcək.


Qeyd edək ki, "Milan" Santiaqo Ximenesi bu ilin yanvar ayında "Feyenoord"dan 32 milyon avroya transfer edib.

24 yaşlı forvard cari mövsümdə "rossoneri"nin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO