UEFA Çempionlar Liqasının liqa mərhələsində dördüncü turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, turun ilk oyun günündə daha yeddi qarşılaşma başa çatıb.
PSJ öz meydanında "Bavariya" ilə üzləşib. Qonaqlardan Dias ilk hissədə iki qol (4, 32) vursa da, ilk yarıya əlavə olunmuş dəqiqələrdə (45+7) meydandan qovulub.
74-cü dəqiqədə meydan sahiblərindən Neves fərqlənsə də, azlıqda qalan Münhen təmsilçisi qələbə hesabını qorumağı bacarıb - 1:2.
"Tottenhem" ev matçında "Kopenhagen"lə üz-üzə gəlib. Görüşü azlıqda başa vuran London klubu rəqibini darmadağın edib - 4:0.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Napoli" - "Ayntraxt Frankfurt" 0:0;"Slaviya Praqa" - "Arsenal" 0:3;
"Atletiko Madrid" - "Royal Union" 3:1;
"Budyo/Qlimt" - "Monako" 0:1;
"Yuventus" - "Sportinq" 1:1;
"Liverpul" - "Real Madrid" 1:0;
"Olimpiakos" - PSV 1:1.
Bizim.Media




























































































