İslam Oyunlarında iştirak edəcək güləşçilər MÜƏYYƏNLƏŞDİ

İslam Oyunlarında iştirak edəcək güləşçilər MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: İslam Oyunlarında iştirak edəcək güləşçilər MÜƏYYƏNLƏŞDİ

578925

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək güləşçilərimiz müəyyənləşib.

Bizim.Media xəbər verir ki, noyabrın 18-dən 21-dək xalça üzərinə 18 təmsilçimiz çıxacaq.

Sərbəst güləşdə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq), yunan-Roma güləşində baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (77 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq), qadın güləşində isə baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Zəhra Kərimzadə (76 kq) iştirakçılar sırasında yer alacaq.

Qeyd edək ki, yarışda yalnız Olimpiya çəkiləri üzrə mübarizə baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO