“Mançester Siti”nin hücumçusu Erlinq Haaland öz oyun performansını zəif qiymətləndirib.
Bizim.Media xəbər verir ki, futbolçu bu barədə Kriştiano Ronaldo və Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirərkən danışıb.
Norveçli forvard özünü onların səviyyəsində görüb-görməməsi ilə bağlı suala belə cavab verib:
“Xeyr, qətiyyən. Mən onlardan çox uzağam. Heç kim onlara yaxınlaşa bilməz. Ona görə də yox”. Bundan əvvəl "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Haalandın performansının Messi və Ronaldonun səviyyəsinə çatdığını demişdi. İspaniyalı mütəxəssisə görə, tək fərq Messi və Ronaldonun bunu 15 il ərzində davam etdirmələridir.
Xatırladaq ki, Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 13 oyunda 17 qol vurub və 1 məhsuldar qol ötürməsi edib.
Bizim.Media





























































































