“Qarabağ”-“Çelsi” oyununu bu hakimlər İDARƏ EDƏCƏK

“Qarabağ”-“Çelsi” oyununu bu hakimlər İDARƏ EDƏCƏK

Hazırda oxunan: “Qarabağ”-“Çelsi” oyununu bu hakimlər İDARƏ EDƏCƏK

578686

UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" matçının təyinatları açıqlanıb. 

Bizim.Media UEFA-ya istinadən xəbər verir ki, oyunu Avstriyadan olan hakimlər briqadası idacə edəcək.
 

Görüşün baş hakimi Sebastian Qishamer olacaq. Ona laynsmanlar Roland Riedel və Santino Şreyner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yeticəcək.


Matçın VAR hakimi Manuel Şuttenqryuber olacaq. AVAR-da isə Jozef Şpurni əyləşəcək.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" qarşılaşması saat 21:45-də start götürəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO