“Australia Open”: Möhtəşəm finalın qalibi Nadal oldu - VİDEO

“Australia Open”: Möhtəşəm finalın qalibi Nadal oldu - VİDEO

Hazırda oxunan: “Australia Open”: Möhtəşəm finalın qalibi Nadal oldu - VİDEO

57859

Rusiyalı Daniil Medvedev 2022-ci ildə Avstraliya Açıq çempionatının finalında ispaniyalı Rafael Nadala uduzub.

Bizim.Media RT nəşrinə istinadən xəbər verir ki, Melburnda keçirilən oyun 2:6, 6:7, 6:4, 6:4, 7:5 hesabı ilə ispan tennisçinin xeyrinə başa çatıb.

Oyun 5 saat 24 dəqiqə davam edib.

Medvedev və Nadal Avstraliya Açıq çempionatının tarixində ən uzun matça çıxıblar. Bu görüş tarixin ən uzun Böyük Dəbilqə finalları siyahısında ikinci yerə yüksəlib.

25 yaşlı rusiyalı qarşılaşma zamanı bir neçə dəfə hakimə üz tutaraq, oyun zamanı qışqıraraq ona müdaxilə edən azarkeşləri sakitləşdirmək istəyib.

Medvedev ATP reytinqində ikinci, Nadal beşincidir. 

Xatırladaq ki, kişilər arasında dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç vaksinasiya ilə bağlı sənədlərindəki problemlərə görə Avstraliya ərazisinə buraxılmayıb və turnirdə iştirak imkanından məhrum olub.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO