“Mançester Yunayted” heç-heçəyə RAZILAŞDI

“Mançester Yunayted” heç-heçəyə RAZILAŞDI

Hazırda oxunan: “Mançester Yunayted” heç-heçəyə RAZILAŞDI

578417

İngiltərə Premyer Liqasının 10-cu turunda “Mançester Yunayted” səfərdə “Nottinqem Forest”lə heç-heçəyə razılaşıb.

Bizim.Media xəbər verir ki, “Siti Qraund” stadionunda keçirilən oyunda qonaqlar Kazemironun 34-cü dəqiqədə vurduğu qol ilə fasiləyə üstün yollanıblar.

İkinci hissədə Morqan Gibbs Uayt (48) bərabərlik qolunu vurub. Getdikcə qızğınlaşan oyunda Nikolo Savona (50) “Nottinqem Forest”i önə çıxarsa da "Mançester Yunayted" Amad Diallonun qolu (81) ilə hesabı yenidən bərabərləşdirib.

Qeyd edək ki, bu nəticə ilə “Mançester Yunayted” Premyer Liqada ardıcıl 3 qələbə seriyasını dayandırıb və 17 xalla 5-ci pillədə qərarlaşıb. “Nottinqem Forest” isə 6 xalla 18-ci sıradadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO