Avropanın tanınnış 10 nəfər məşqçisi Rusiyanın “Spartak” klubunda işləməkdən imtina ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Sport-ekspress” qəzetinin paylaşımında bildirilib.
Qeyd edilib ki, Moskva təmsilçisinin təklifinə “yox” deyən mütəxəssilər Loran Blan, Alfred Şreder, Yurgen Klopp, Marko Roze, Filipp Kleman, Rafael Palladino, Vladimir İviç, Ruud van Nistelroy, Luçano Spaletti və Stiven Cerrardır.
Həmçinin bildirilib ki, bu məşqçilərin Rusiyada çalışmaq istəməməsi “Spartak”ın hazırkı baş məşqçisi Deyan Stankoviçin işinə yarayır.
Xatırladaq ki, 2022-ci ilin fevralından Rusiya komandaları bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb. (qol.az)
Bizim.Media
































































































