Azərbaycan idmançıları Dünya Kubokunda gümüş medal qazandı – YENİLƏNİB - FOTO

Azərbaycan idmançıları Dünya Kubokunda gümüş medal qazandı – YENİLƏNİB - FOTO

Hazırda oxunan: Azərbaycan idmançıları Dünya Kubokunda gümüş medal qazandı – YENİLƏNİB - FOTO

57833

Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda ikinci olub.

Bizim.Media xəbər verir ki, yığma finalda Fransaya 39:45 hesabı ilə uduzub.

Qeyd edək ki, Anna Başta ötən gün fərdi yarışlarda çempion olub.

15:43***

Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

Bizim.Media xəbər verir ki, komanda yarımfinalda Bolqarıstanı 45:32 hesabı ilə məğlub edib.

Qılıncoynadanlar finalda Fransa seçmə kollektivi ilə qarşılaşacaq.


15:09***

Qılıncoynatma üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.

Bizim.Media xəbər verir ki, sablyaçılar ilk görüşündə ABŞ-a 45:39 hesabı ilə qalib gəlib.

Yığma 1/4 finalda Macarıstanı eyni hesabla üstələyib. Anna Başta, Sevil Bünyatova, Valeriya BolşakovaPolina Kaspiaroviçdən ibarət komanda yarımfinalda Bolqarıstanla üz-üzə gələcək.

Qeyd edək ki, Anna Başta ötən gün fərdi yarışlarda çempion olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO