Güləşçimiz Birgül Soltanova Rusiyada bürünc medal qazandı

Güləşçimiz Birgül Soltanova Rusiyada bürünc medal qazandı

Hazırda oxunan: Güləşçimiz Birgül Soltanova Rusiyada bürünc medal qazandı

57790

Rusiyanın Krasnoyarsk şəhərində ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə keçirilən Qran-Pri turniri davam edir.

Bizim.Media xəbər verir ki, yanvarın 29-da qadın güləşçilərdən ibarət millimizin üzvü Birgül Soltanova (62 kq) fəxri kürsüyə qalxıb.

Dörddəbir finalda monqolustanlı Tserençimed Sukxeyə məğlub olan həmyerlimiz rusiyalı Alyona Timofeyevaya "tuşe" ilə qalib gələrək ənənəvi yarışın bürünc medalına sahib olub.

Beləliklə, komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, bir gün əvvəl güləşçimiz Alyona Kolesnik (59 kq) yarışda çempion olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO