Uduzan boksçu erməni məşqçisini döydü

Uduzan boksçu erməni məşqçisini döydü

Hazırda oxunan: Uduzan boksçu erməni məşqçisini döydü

57784

“Balta” ləqəbli boksçu Maksim Şerbakov keçmiş məşqçisi Albert Karmazyanı döyüb.

Bizim.Media xəbər verir ki, hadisə Şerbakovun Maksim Novoselovla dueldə texniki nokautla məğlub olmasından sonra baş verib.

Təşkilatçıların köməkçisi, keçmiş mentor və məşqçi ilə münaqişə paltardəyişmə otağında baş verib.

Əvvəlcə onlar münasibətlərini yüksək tonda həll etməyə çalışıblar və bundan sonra davaya çevrilib. 

Məşqçinin sözlərinə görə, keçmiş tələbəsi özü dava salıb: 

“Ola bilsin ki, döyüşdən sonra aqressiv olub. O, döyüşdən sonra özünü qeyri-adekvat aparıb. Mən sırf şəxsi təhlükəsizliyim üçün hərəkət etdim”. 

O, əlavə edib ki, davadan sonra boksçu ilə danışıb və münaqişə həll olunub. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO