“Sabah”da oynamış legioner yenidən Azərbaycana QAYIDIR

“Sabah”da oynamış legioner yenidən Azərbaycana QAYIDIR

Hazırda oxunan: “Sabah”da oynamış legioner yenidən Azərbaycana QAYIDIR

577814

"Sabah"ın sabiq forvardı Emmanuel Apeh Azərbaycana geri qayıtmaq variantına sahibdir.

Bizim.Media xəbər verir ki, nigeriyalı futbolçu menecerinə ona Azərbaycan Premyer Liqasından klub tapmağa razı olduğunu bildirib. 

Əslində, forvard "Sabah"dan ayrıldıqdan sonra, "İttiahad-Aleksandriya"(Misir) klubuna keçməmişdən qabaq da ölkəmizə geri qayıtmağa yaxın olub.

Lakin Apeh Misir komandası ilə müqavilə imzalamağa üstünlük verib. İndi isə nigeriyalı Azərbaycan klubuna keçmək niyyətindədir.

Hazırda Premyer Liqamızdan 3 klubla danışıqların davam etdiyi bildirilir. 

Qeyd edək ki, 28 yaşlı futbolçu “Alkala”, “Lorka”, “Selta”, “Tenerife”, “Alkorkon”(hamısı İspaniya) klublarında oynadıqdan sonra 2022-2024-cü illərdə “Sabah” forması geyinmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO