"Qarabağ"-"Çelsi" oyununda biletlərin qiyməti QALDIRILDI

"Qarabağ"-"Çelsi" oyununda biletlərin qiyməti QALDIRILDI

Hazırda oxunan: "Qarabağ"-"Çelsi" oyununda biletlərin qiyməti QALDIRILDI

577675

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Bizim.Media xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Biletlərin qiyməti belə müəyyənləşdirilib:

10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Xatırladaq ki, biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və sayt vasitəsilə əldə etmək olar.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Yeri gəlmişkən, əvvəllər bu stadionda keçirilən biletlərin minimum qiyməti 5 AZN olub.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO