Messi 2026-cı ildə dünya çempionatında oynayacaq

Messi 2026-cı ildə dünya çempionatında oynayacaq

Hazırda oxunan: Messi 2026-cı ildə dünya çempionatında oynayacaq

577639

Argentina millisinin və ABŞ-ın "İnter Mayami" komandasının futbolçusu Lionel Messi 2026-cı il dünya çempionatında oynamaq istəyir.

Bizim.Media xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə “Mundo Deportivo” nəşrinə açıqlamasında deyib.

O bildirib ki, mundialda iştirak etmək son dərəcədə gözəl olardı: “Formada olmaq və milli komandama kömək etmək istərdim. Əlbəttə ki, çox həyəcanlıyam, çünki bu, dünya çempionatıdır. Son mundialda qalib gəlmişik və titulumuzu qorumaq istəyirik. Milli komandada, xüsusən də dünya çempionatı kimi turnirdə oynamaq ən gözəl hissdir”.

Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edəcək. Mundial ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO